Kassir-Xəzinədar

İşin təsviri

 

“Vijn Fond AzərKredit” MMC Sabirabad, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Gədəbəy, Şəmkir, Gəncə və Göyçay filiallarına KASSİR (XƏZİNƏDAR) vəzifəsinə işçi qəbulu elan edir

Əsas vəzifə və öhdəlikləri:

• Kassa əməliyyatlarını müvafiq qayda və tələblərə uyğun aparmaq;
• Müştərilərə və təşkilatın işçilərinə bütün növ kassa və seyf xidmətlərini göstərmək;
• Təşkilatın müştəriləri kassa xitmətindən istifadə etdikdə, müştəriləri identifikassiya etmək;
• Kassadan keçən bütün sənəd, nağd vəsait və qiymətliləri izləmək və nəzarətdə saxlamaq;
• Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;
• Nağd pul və digər giymətlilərlə bağlı aparılmış əməliyytalar barədə hesabatları hazırlamaq və çap etmək;
• Əməliyyat gününün sonunda bütün sənədləri, balansdan-kənar nağd vəsait və qiymətliləri hesablamaq;
• Nəğd vəsaitləri qayda və təlimatlara uyğun hazırlamaq, bağlamaq və təhvil vermək;
• Təşkilat-daxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
• Saxta əskinazların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
• Xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı məlumat bazasına daxil etmək.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ail təhsil;
• Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
• Azərbaycan dilində şifahi/yazılı olaraq yaxşı əlaqələr qurma bacarığı; ingilis dilini bilənlərə üstünlük verilir;
• Əla ünsiyyət qurma və işçi heyəti ilə işləmək bacarığına malik olmaq;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Dinamik, stresə davamlı, təşəbbüskar, qərar qəbul etmə bacarıqlı.

İş üçün anket formaları 30 yanvar 2014-cü il tarixinədək aşağıda göstərilmiş e-məktub vasitəsilə və ya müvafiq filialın ofisinə təqdim etməklə qəbul olunur. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından və ya müvafiq filialın ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məsələn: Salyan filialına Kassir-Xəzinədar) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

QEYD: İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];            Faks: (+994 12) 597 30 39
             [email protected]