Məlumat Bazası üzrə Mütəxəssis (Cəlilabad, Masallı, Şabran)

İşin təsviri

 

“Vijn Fond AzərKredit” MMC Cəlilabad, Masallı və Şabran filiallarına Məlumat Bazası üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Sistemdə müştərilər üçün İD yaradır və məlumatın dəqiq və tam şəkildə daxil edilməsini təmin etmək;
• Kredit ödənişləri və digər əməliyyatları kodlaşdırmaq;
• Tələb olunduqda sistemə daxil edilmiş olan məlumatlara düzəlişlər etmək;
• Tələb olunan gündəlik, aylıq, həftəlik əməliyyatları yerinə yetirmək.
• Filiala aid olan müəyyən hesabatları hazırlamaq;
• Müştəri fayllarını və filialın sənədlərini hazırlamaq;
• Sənədlərin arxivləşdirilməsinin həyata keçirilməsində iştirak etmək.

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Müvafiq ali ixtisas təhsili;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; İngilis dilini bilənlərə üstünlük verilir;
• Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

İş üçün anket formaları 30 yanvar 2014-cü il tarixinədək aşağıda göstərilmiş e-məktub vasitəsilə və ya müvafiq filialın ofisinə təqdim etməklə qəbul olunur. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından və ya müvafiq filialın ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Məsələn: Masallı filialına Məlumat Bazası üzrə Mütəxəssis) göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

QEYD: İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.edə bilərsiniz.

E-ünvan: [email protected]               Faks: (+994 12) 597 30 39