Anbardar (Ucar)

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 26.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Anbarlarda olan malların təhlükəsizlik qaydalarına,saxlanılma şərtlərinə,sənədləşdirmə normativlərinə əməl edilməsi
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsinə nəzarət olunması
  • Mal-material təhvil-təslimi qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması
  • Anbarda mal-materialların texniki xüsusiyyətinə,saxlanma,yığılma şərtlərinə və yerləşdirmə qaydalarına uyğun olaraq yığılmasının və yerləşdirilməsinin təmin edilməsi
  • Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət edilməsi
  • Anbarın səliqə və təmizliyinin təmin edilməsi
  • Məhsulların yüklənmə və boşladılması işlərinin təşkil olunması
  • Mal və materialların inventarizasiyasının təlimatlara uyğun təşkil edilməsi və prosesdə iştirak edilməsi
  • Anbara aid müvafiq hesabatların hazırlanması və aidiyyəti rəhbərə verilməsi
  • Mərkəzi anbardan göndərilən mal-materialların tamlığının,kəmiyyətinin,sifarişlə eyniliyinin yoxlanılması və şərtlərə uyğun olmadıqda müvafiq prosedurların həyata keçirilməsi

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Rabitə və Telekommunikasiya sahəsində iş təcrübəsinin olması üstünlükdür)
  • Təhsil: Ali və ya orta ixtisas
  • Dil bilikləri: Azərbaycan dili-əla,Rus dili arzuolunandır
  • MS Office (Word, Excel, Outlook) proqramlarını bilməlidir
  • Komandada işləmə bacarığı
  • Şifahi və yazılı ünsiyyət bacarığı

İşəgötürənin reytinqi