Xarici Ticarət Əməliyyatları şöbəsinin Köməkçisi / Mütəxəssisi

  • Yapi Kredi Bank
  • Elanın qoyulma tarixi: 26.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (iqtisadiyyət/maliyyə təhsili);
  • Bank və ya maliyyə sektorunda iş təcrübəsi arzu olunandı
  • Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, ingilis dilini yaxşı , rus dilini orta səviyyədə bilməli
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət və münasibət qurma bacarıqları;
  • Yarana biləcək riskləri öncədən görmək və ölçmək üçün lazımi bilgi və bacarıqlar

Əsas iş funksiyaları:

  • Kredit və Xarici Ticarət əməliyyatlarına dair sənədlərin müvafiq normativ aktlara, bankdaxili reqlamentlərə uyğunluğunu, düzgünlüyünü, tamlığını yoxlayır və əməliyyatların təhlükəsiz şəkildə sistemə girişini həyata keçirmək;
  • Verilən kreditlər üzrə sənədlərin, o cümlədən sənədli əməliyyatlar üzrə sənədləri sənədləşdirmək və sənədlərin tamamlığına və düzgünlüyünə fikir vermək;
  • Kredit və Xarici Ticarət Əməliyyatları üzrə əməliyyatlar üzrə mühabirləşmələr hazırlamaq;
  • Kredit və Xarici Ticarət əməliyyatlarına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son  dəyişiklikləri izləmək və buna müvafiq bankdaxili qaydaların, prosesslərin və metodologiyaların yenilənməsi üçün töhfə vermək;
  • Gün sonu nəzarətlər və nəticələr barədə birbaşa rəhbərinə hesabat vermək 
  • Qarşılaşdığı məsələ və problemləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə yaratmaq, nəticələri haqqında rəhbərinə məlumat vermək.

İşəgötürənin reytinqi