Mal-material anbardarı (Şirvan)

İşin təsviri

Təsvir:

  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Anbarda olan mal və materialların uçot ilə uyğunluğuna nəzarət etmək;
  • Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatı tərtib etmək;
  • Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət etmək;
  • Rəhbərliyin göstərişi ilə anbarda olan mal və materialların müxtəlif filiallar üzrə bölgüsünü həyata keçirmək.

Tələblər:

  • Minimum 2-3 il iş təcrübəsi;
  • Anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə dair standart və texniki şərtləri bilmək;
  • Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilmək;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.