HR mütəxəssis

  • Crystal Group
  • Elanın qoyulma tarixi: 22.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə qəbul, kadr dəyişiklikləri və işdən azad  prosesini icra edir.
  • İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin edir.
  • Əmək haqqı üzrə dəyişiklikləri Əmas və digər proqram təminatlarında icra olunmasını təmin edir.
  • Əmək haqqı tabelinin hazırlanmasını təmin edir.
  • Məzuniyyət qrafiklərin hazırlanması və məzuniyyətin rəsmiləşdirilməsini təmin edir
  • İşçilərə intizam tənbehlərin verilməsini təmin edir.
  • Arayış, xasiyyətnamə və digər sənədləri hazırlayır.
  • İşçilərin Dövriyyəsi Hesabatın hazırlanmasını təmin edir
  • İşçilərin şəxsi işlərini tərtib etmək;
  • Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
  • Müddəti bitmiş sənədlərin müvafiq qaydada arxivləşdirilməsi;
  • Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;
  • Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;

Əsas tələblər: 

Təhsil:

  •  Biznesin İdarəedilməsi, İnsan Resurslarının İdarəedilməsi və ya müvafiq sahə üzrə Ali təhsil 
  • İR üzrə sertifikatlar

Təcrübə:

  • İR sahəsində 3 il iş təcrübəsi

Professional biliklər:

  • Əmək qanunvericiliyi
  • Elektron Hökümət Portalı
  • MS Office və 1C Programları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Məsuliyyət
  • Detallara diqqət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər

Crystal Group tərəfindən digər vakansiyalar