Müştərilərlə iş üzrə menecer

  • PASHA Technology
  • Elanın qoyulma tarixi: 22.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Müştərilərin bulud xidmtlərindən istifadə zamanı məmnuniyyətlərini təmin etmək üçün onların biznes ehtiyaclarını və məqsədlərini öyrənərək, güclü və davamlı əlaqələr qurmaq;
  • Gəlir artımı hədəflərinə töhfə verərək cari müştərilərə bulud xidmətlərinin çarpaz və əlavə satış imkanlarını müəyyənləşdirmək;
  • Müştərinin tələbinə uyğun olaraq  IaaS, SaaS, Collacation xidmətlərini təyin və təmin etmək;
  • Müştərinin texniki suallarını müvafiq istiqamətdə yönləndirmək;
  • Satış səylərini optimallaşdırmaq üçün digər komanda üzvləri və şöbələr ilə əlaqəli çalışmaq;
  • Şirkətin CRM sistemində bütün satış fəaliyyətlərini izləmək və mütəmadi olaraq hesabatları və müvafiq məlumatları yeniləmək;
  • “Billing” və CRM sistemi üçün müvafiq proseslərin avtomatlaşdırmasında istirak etmək;
  • Müştərilərlə iş üzrə müvafiq strateji planları qurmaq və onları həyata keçirmək;
  • Bulud xidmətləri sahəsində olan yenilikləri və tendensiyaları öyrənmək üçün dərin bazar araşdırmaları aparmaq;
  • Davamlı müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilər və texniki dəstək əməkdaşları arasında əlaqələndirici şəxs rolunu oynamaq;
  • Göstərilən bulud xidmətlər barədə müştərilərin rəylərini tplayaraq müvafiq hesabatlar hazırkamaq və rəhbərliyə təqdim etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • İT xidmətləri haqqında anlayışın olması;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi.

Təcrübə:

  • İT məhsulları və İT xidmətləri satışı üzrə 3-5 il təcrübə;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.

Son müraciət tarixi: 20 Mart  2024-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.