Layihə üzrə koordinator

İşin təsviri

İş yeri: Lənkəran ray., Haftoni qəs.

Əsas vəzifə öhdəlikləri:

  • Seçilmiş sağlamlıq proqramının bir hissəsi kimi gələn qonaqlar üçün otaqların mövcudluğunu koordinasiyası.
  • Qonaqları qarşılamaq, otel sistemində qeydiyyatdan keçmək və proqramda növbəti addımlar haqqında məlumat vermək.
  • Qonaqlarla qarşılıqlı əlaqə:
  • Seçilmiş sağlamlıq proqramının məzmunu və paketlərin fərqləndirici xüsusiyyətləri haqqında məlumat vermək.
  • Qonaqlara qaldıqları müddətdə tövsiyələr və istiqamətlər vermək.
  • Təklif və müqavilələri tələb olunduğu şəkildə işləmək.
  • Ezamiyyələrə açıq olmaq.
  • Tələb olunarsa, öz üzərinə əlavə vəzifə və öhdəliklər götürməyə hazır olmaq.
  • Prosedurların icrasına nəzarət etmək.
  • Qonaqlar üçün prosedur cədvəlinin yerinə yetirilməsinə nəzarət.
  • Proqram və standartlara uyğun olaraq prosedurların vaxtında həyata keçirilməsini təmin etmək.
  • Satış meneceri ilə qarşılıqlı əlaqə.
  • Qonaqlara keyfiyyətli məlumat vermək üçün sağlamlıq paketləri haqqında bilikləri yeniləmək.
  • Paketlərin və fərdi sorğuların təfərrüatlarını aydınlaşdırmaq üçün satış meneceri ilə əməkdaşlıq etmək.
  • Təhlükəsizlik və məxfilik standartlarına riayət etmək.
  • Qonaqların tibbi məlumatlarının məxfiliyinə zəmanət.

Namizəd üçün tələblər:

  • 2  il müştəri xidməti və ya otel idarəçiliyi, qonaq əlaqələri sahəsində iş təcrübəsi.
  • Otelçilik, turizm və ya tibb sənayesi sahəsində ali təhsili olanlara üstünlük.        
  • Müştərilərin sifarişi, qeydiyyatı və uçotu üçün kompüter və proqramlarla işləmək bacarığı.
  • Yüksək səviyyədə ünsiyyət bacarığı, stressli vəziyyətlərdə işləmək və tez qərar qəbul etmək bacırığı.
  • Məsuliyyət, təfərrüata diqqət və nəticə yönümlülük.
  • Etika, məxfilik və qonaqlara peşəkar münasibət saxlamaq bacarığı.
  • Təhsil- Ali bakalavr
  • Azərbaycan və Rus dillərini yaxşı bilmək, İngilis dili arzuolunandır. 
  • MS Office (Word, Excell) yaxşı bilmək.
  • Effektiv təqdimat və təşkilatçılıq bacarıqları.
  • Əməkdaşlıq və komandada işləmək bacarıqları.
  • Problem həlletmə və qərar vermə bacarıqları.

Təklif edirik:

  • İş şəraiti : Ofis
  • Iş rejimi : Tam iş vaxtı ( həftədə 40 saat)
  • Yaşayış yeri ilə təmin olunma ( paylaşılan otaq)
  • Tibbi sığorta 
  • Bakı şəhərinə gediş – gəliş 
  • Tibbi sığorta
  • Perspektiv və inkişaf
  • Qidalanma.

Əmək haqqı müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq müəyyən ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini elektron ünvanına, mövzu hissəsində Layihə üzrə koordinator qeyd edərək göndərə bilərlər.

Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə ehtiyyat  namizəd bazasına əlavə edilir.