İşin təsviri
Əmək haqqı: 2500-3000 AZN.
Vəzifə öhdəlikləri:
- Konstruktiv və texniki çizimlərin hazırlanması;
- Podrat müqavilələrinin bağlanmasında birbaşa iştirak etmək və texniki şəhadətnamələrin tətbiqinə nəzarət etmək;
- Layihədəki briqadaların hesabatlarının və iş həcmlərinin analizi və rəhbərliyə təqdim olunması;
- Sahədən göndərilən Günlük hesabat formalarının analizi və rəhbərliyə təqdim olunması;
- Sifarişçiyə təqdim olunan İPC-lərin hazırlanması;
- Aylıq və İPC-yə görə hazırlanmış Texniki Hesabatların analizi və təsdiq olunması;
- Layihə ilə bağlı texniki problemlərin həlli üçün Sifarişçi ilə birbaşa müzakirələrin aparılması;
- BOQ-lərin hazırlanması;
- Layihə Smeta hesabatlarının yoxlanılması və təsdiqi;
- Sifarişçilər tərəfindən təqdim olunan smeta sənədləşməsini, material, nəqliyyat sxemlərinin və s. dəyərlərin kalkulyasiyasını yoxlayıb razılaşdırmaq;
- Əsaslı tikinti üzrə işlərin görülməsini, investisiya resurslarından məqsədəuyğun və səmərəli istifadəni təmin etmək;
- Sifarişçilərin və normativlərin tələblərinə uyğun olaraq, tabeliyində olan müəssisələr və layihələrin anoloji şöbələrinə vaxt-vaxtında işçi sənədlərin, işlərin ardıcıl aparılması layihələrinin, aparılmış işlərin qeydiyyatı jurnallarının, zəruri olan digər sənədlərin və xüsusiləşdirilmiş jurnalların təqdim olunmasını təşkil etmək;
- İnşa edilən obyektlərin qüvvədə olan qanunvericilik aktları çərçivəsində texniki tapşırıqlara, dövlət standartlarına, tikinti norma və qaydalarınin tələblərinə, təhlükəsizlik texnikasına uyğunluğunu təmin etmək;
- İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
- Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun aparılmasına nəzarət etmək;
Namizədə tələblər:
- Ali texniki təhsil;
- Tikinti və ya layihə təşkilatlarında mühəndis-texniki və rəhbər vəzifələrində ixtisas üzrə iş təcrübəsi;
- Ümumi 5 il iş təcrübəsi;
- Planlama qabiliyyətinə sahib olmalı;
- Ofis proqramlarını, AutoCad, AutoCad Civil 3D, SAP2000 proqramlarını bilmək; Revit biliyi əlavə üstünlükdür;
Əlavə məlumat:
- İş yeri: Nardaran qəsəbəsi, Sea Breeze.
- Qrafik: 6/1.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.