İnsan Resursları üzrə Kiçik Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • ƏMAS elektron sistemində sərbəst işləmə bacarığı;
  • Əmək müqavilələrinin hazırlanması;
  • Məzuniyyət, Ezamiyyət, İşə qəbul, Xitam və s. əmrlərin hazırlanması;
  • Məzuniyyət gününün hesablanması;
  • Əmək haqqı və tabel cədvəllərinin qurulması;
  • Əmək kitabçalarının yazılması;
  • İşə qəbul edilən işçilərdən lazımi sənədlərin toplanması;
  • İSB.az saytında işçilərin sığortalanması.

Tələblər:

  • Ali təhsil;
  • Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin olması arzuolunandır;
  • Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
  • Əmək Qanunvericiliyini müəyyən səviyyədə bilməli;
  • Office proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Məsuliyyətlilik, detallara qarşı diqqətlilik.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək; Şənbə - qısa iş günü;
  • İstirahət: Bazar günləri.

Ünvan: Heydər Əliyev prospekti 115, Sport Plaza.

Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.