Tərcümə və filologiya kafedrasının müdiri

İşin təsviri

Bilavasitə tabe olduğu şəxs: Tədris işləri üzrə prorektor 

Əmək funksiyası:

  • Kafedranın illik iş planını təsdiq etmək və onun fəaliyyətinə rəhbərlik etmək;
  • Ayda bir dəfədən az olmayaraq kafedra iclasını təşkil etmək və onun sənədləşdirilməsini təmin etmək;
  • Kafedra iclaslarınıayda bir dəfədən az olmamaqla, hər növbəti ayın 10-dək təşkil etmək, kafedra iclaslarına sədrlik etmək, kafedra iclaslarının qərarlarını təsdiq etmək və protokolunu 5 gün ərzində rektorluğa təqdim etmək;
  • Kafedrada tədris olunan fənlər üzrə müəyyən olunmuş qaydada tədris proqramlarının işlənib hazırlanmasına rəhbərlik etmək və onları təsdiq etmək, bu proqramlara uyğun dərsliklərin, tədris-metodiki və tədris vəsaitlərinin hazırlanmasını təmin etmək, auditoriyadankənar dərslərin keçirilməsini təşkil etmək;
  • Aidiyyəti üzrə tədris olunan ixtisaslar üzrə tədris planının tərtib edilməsini təmin etmək;
  • Qanunvericiliklə və universitetin daxili aktları ilə müəyyən olunmuş müddətlər nəzərə alınmaqla kafedranın professor-müəllim heyətinin illik dərs yükünün bölgüsünü tədris ilinin 01 iyul tarixinədək aparıb Universitetin müvafiq şöbəsinə təhvil vermək (onun müzakirəsi və təsdiqinin təşkil edilməsi daxil olmaqla);
  • Hər semestrin başlanmasınadək professor-müəllim heyətinin fərdi və təqvim planlarını, sillabusları, illik işçi planlarını yoxlamaq və təsdiq etmək;
  • Qanunvericiliyə uyğun olaraq professor-müəllim heyəti seçkiləri ilə bağlı kafedrada müzakirə təşkil etmək;
  • İmtahan sessiyasının başlamasına 1 (bir) ay qalmış imtahan suallarının və biletlərinin yoxlanılmasını və təsdiqini təmin etmək;
  • İmtahan sessiyasının başlamasına 10 (on) gün qalmış kafedra əməkdaşlarından ibarət imtahan nəzarətçi cədvəlini təsdiq etmək və onların (imtahan nəzarətçilərinin) fəaliyyətinə nəzarət etmək;
  • Kafedra müəllimlərinin aylıq açıq dərslərini təşkil etmək, onun nəticəsini təhlil etmək və rektorluğa mütəmadi hesabat vermək;
  • Kafedra əməkdaşlarının illik iş planlarının hazırlanmasını, habelə illik elmi hesabatının hazırlanmasını və Elm şöbəsinə vaxtında təqdim edilməsini təmin etmək
  • Təhsilin bütün formaları üzrə laborator, praktik seminar məşğələlərin və kafedranın fəaliyyəti ilə bağlı digər tədbirlərin təşkili və keçirilməsində kafedra üzvlərinə rəhbərlik etmək;
  • Yekun buraxılış imtahanlarına, istehsalat təcrübəsinə, diplom layihələrinə, tələbələrin müstəqil işlərinə, tələbələr arasında təlim-tərbiyə işlərinin təşkilinə rəhbərlik etmək;
  • Təcrübədə iştirak edəcək tələbələr üçün ixisaslarına uyğun təcrübə müəssisəsi müəyyənləşdirmək;
  • Təsdiq olunmuş iş planına uyğun olaraq professor-müəllim heyətinin və tələbələrin elmi-tədqiqat işləri aparmasına şərait yaratmaq, bitmiş elmi-tədqiqat işlərinin müzakirəsini keçirmək və onların nəticələrinin istehalatda tətbiqinə nəzarət etmək;
  • Doktorant/dissertantların illik attestasiyadan keçirilməsinə nəzarət etmək, dissertasiyaların müzakirəsini və ixtisas imtahanlarını təşkil etmək;
  • Fakültə üzrə elmi-metodiki və elmi seminarların təşkilini təmin etmək;
  • Hər il kafedranın fəaliyyəti barədə Fakültə Elmi Şurasına hesabat təqdim etmək;
  • Hər təqvim ili üçün Thomson Reuters-Clarivate Analitics elmi bazasında indekslənən və İmpakt Faktor almış jurnallarda, həmçinin Scopus bazasında olan jurnallarda şəxsən ən azı 1 (bir), kafedra üzrə isə kafedra əməkdaşlarının sayının 1/10 nisbətinə uyğun sayda elmi məqalə çap etdirmək; elmi-tədqiqat universiteti adını almaq üçün hazırlanmış tədbirlər planı üzrə görülmüş işlər üzrə hər təqvim ili üçün hesabat vermək;
  • Kafedra əmakdaşlarının universitetdə keçirilən profilə uyğun elmi konfrans, simpozium və sair tədbirlərin təşkilində fəal iştirakını təmin etmək, habelə yerli və beynəlxalq konfrans və digər elmi tədbirlərdə iştirakını təşviq etmək;
  • Beynəlxalq təcrübəni araşdırmaq və uyğun olduğu halda rəhbərliklə razılaşdırmaqla kafedranın fəaliyyətində tətbiq etmək;
  • Zəruri hallarda digər universitetlərin kafedraları, elmi-metodik şuraları və başqa qurumlarla əlaqələr yaratmaq;
  • Kafedraya aid olan fənlər üzrə dərs və dərs vəsaitlərinin əldə olunmasını təmin etmək;
  • Ustad dərslərin keçirilməsini təşkil etmək;
  • Kafedrada fəaliyyət göstərən işçilərin əmək, icra və xidmət intizamına nəzarət etmək, onlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, inkişafı üçün şərait yaratmaq;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;
  • Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Bilməlidir:

  • Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
  • Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
  • Elm, tədris-tərbiyə sahəsində innovativ təcrübələri;

Məsuliyyəti:

  • Əmək funksiyasının icrasına səhlənkar yanaşdığına və vaxtında yerinə yetirilməməsinə görə;
  • Mövcud hüquqi aktlar əsasında və öz vəzifə təlimatında nəzərdə tutulmuş əmək funksiyasının yerinə yetirmədiyinə görə;
  • Universitetin maraqlarının, universitetdə konfidensial hesab edilən məlumatların qorunmamasına görə;

Vəzifə tələbləri:

Dil bilikləri:

  • Azərbaycan; rus və ingilis dili (arzuolunandır)

Kompüter bilikləri:

  • MS ofis proqramları