İT üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Korporativ proqram təminatlarında yaranan problemləri həll etmək, ehtiyac olduğunda aidiyyatı üzrə yönləndirmək;
  • İnsidentlərin idarə edilməsi - son istifadəçilərə İT avadanlıqları, periferiya qurğuları, proqram təminatı və tətbiqlərlə bağlı  dəstək göstərmək;
  • “Service Desk” sistemindəki müvafiq sorğuları vaxtında icra etmək;
  • Şəbəkədə baş vermiş problemləri araşdırmaq, müvafiq olaraq yönləndirmək;
  • Baş verən davamlı insidentlərin və çatışmazlıqların müvafiq şöbə rəhbərlərinə məlumat vermək;
  • Sıradan çıxmış avadanlıqların ehtiyat hissələrini dəyişdirməklə işləkliyini təmin etmək və ya prosedura müvafiq olaraq təmirə göndərmək;
  • Müvafiq problemlərin distant idarə olunması və həlli ilə bağlı tədbirlər görmək, ehtiyac olduqda yerində xidmətin göstərilməsini təmin etmək;
  • İT avadanlıqları, şəbəkə və əməliyyat sistemlərində çıxan texniki problemləri aradan qaldırmaq, səbəbini araşdırmaq və qeydiyyatını aparmaq;
  • Çap avadanlıqlarına xidmət, problemlərini həll etmək, mütəmadi diaqnostikasını etmək;
  • Gündəlik edilən müraciətləri izləmək, qeydiyyatını aparmaq, yönləndirmək, həmçinin şöbələrdən gələn zəngləri cavablandırmaq;
  • Kompüter istifadəçilərinə avadanlıqdan istifadə ilə bağlı ilkin təlimatlar keçmək, avadanlıq və proqramlarla bağlı məlumatlar vermək;

 Namizədə tələblər: 

  • Təhsil: Texniki sahədə ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili əla, rus dili
  • Kompyuter bilikləri: MS Office, Microsoft Windows OS, MAC OS, 1C 8.3, Jira Service Desk, Fonet (arzuolunandır), Lite Manager, VNC
  • İş təcrübəsi:  minimum - 2 il 
  • Sertifikat üstünlükdür (CompTIA, ixtisas üzrə digər) 

  İş şəraiti:

  • 5 günlük iş qrafiki 
  • AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • Əmək haqqı: Razılaşdırılma yolu il

Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.