Mal-materiallar və əsas vəsaitlər üzrə mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mal-materiallara və əsas vəsaitlərə dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların, əsas vəsaitlərin qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin edilməsi;
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlanması;
  • Mal-material və əsas vəsaitlərin alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edilməsi;
  • Daxil olan sənədlər əsasında (İnvoice və.s) 1C-8 proqram təminatında mal-materialların və əsas vəsaitlərin faktiki maya dəyərinin formalaşdırılması və aylıq yoxlanılması;
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunun aparılması;
  • Anbara daxil olan malların qeydiyyatının aparılmasının yoxlanılması;
  • Anbar mal çıxışının nəzarət edilməsi və sənədləşdirilməsi;
  • Mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
  • Əsas vəsaitlərin düzgün uçota alınması, aylıq amortizasiyaların hesablanması, istismar aktlarının hazırlanması.

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Aidiyyətı sahədə 3 ildən artıq iş təcrübəsi;
  • MS Office proqramından istifadə etmək bacarığı;
  • Punktual, diqqətcil və məsuliyyətli olmalı.

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5 günü
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mal-material üzrə mühasib” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Respublika Diaqnostika Mərkəzi tərəfindən digər vakansiyalar