Daxili nəzarət və təftiş üzrə mütəxəssis

  • Ram Holding
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər: 

  • Təhsil: Ali təhsil (İnzibati İdarəetmə, İqtisadiyyat, Maliyyə-kredit, Mühasibatlıq, Audit və s. ilə əlaqədar istiqamət üzrə);
  • Daxili Nəzarət, təftiş, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə ən azı 2 il iş təcrübəsi;
  • MS Excel bilikləri – yüksək səviyyədə;
  • 1C ERP ilə işləmək təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolanındır;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Ezamiyyətlərə getməyə hazır olmalı;
  • Sürücülük vəsiqəsi.

Vəzifə öhdəlikləri:  

  • Daxili nəzarət və təftiş mütəxəssisi funksiyasının icrası üçün müxtəlif analitik və operativ təhlil, təftiş, yoxlama proseslərində iştirak etmək;
  • Aşkar edilmiş boşluqlar, uyğunsuzluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanmasını təmin etmək;
  • Planlı  və operativ yoxlamalarda  iştirak etmək ;
  • Daxili proseslərin monitorinqində iştirak;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1500-1800 AZN nett;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Daxili nəzarət və təftiş üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.