Direktor köməkçisi (Personal Assistant)

  • Facemark.az
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşgüzar yazışmaların və danışıqların, görüşlərin təşkili və işin təqib edilməsi
  • Şirkətin direktorunun keçirdiyi danışıqların, görüşlərin, iclasların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı və iştirakçılara görüşün tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması) görmək
  • Direktora lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək, işi son tamamlanmaya qədər təqib etmək
  • İclasların və görüşlərin təşkili və əlaqəli materialların hazırlanması, qaydalara əməl olunmasına nəzarət
  • Direktorun tapşırıqlarının icrasına nəzarət edilməsi
  • Müvafiq sənədlərin toplanması, yerləşdirilməsi və qeydiyyatının aparılması
  • Direktorun gündəlik iş günü planın təmin edilməsi
  • Təqdimatların təşkili və xərclər barədə hesabatların təşkili
  • Şəxsi sifarişlərin icrasına nəzarət etmək
  • Müvafiq tapşırıqlara əsasən təqdimatların hazırlanması, hesabatlar və təhlillərin aparılması
  • Tapşırıqlar gündəliyinin tutulması və təqibi

Tələblər:

  • Biznes, biznes idarəçiliyi, menecment istiqamətli ali təhsil
  • Analitik təfəkkür, biznes proseslərdən məlumatlı olma 
  • Yüksək səviyyədə təqdimat bacarığı
  • İşin gedişatına uyğun dəyişkən iş qrafikinə uyğunlaşma, yazışmalarda operativ geri-dönüş
  • Dil biliyi: Azərbaycan dili səlis, Rus və ingilis dili yüksək səviyyədə 
  • MS Office proqramları (word, excel power-point yüksək səviyyədə)
  • Təqdimatların hazırlanması, task management proqramları ilə tanışlıq
  • Xoş və səliqəli zahiri görünüş
  • Səfərlərdə müşayiət etmə lazım gələ bilər
  • Yüksək icraçılıq bacarığı
  • Komandada işləmək bacarığı, effektiv ünsiyyət qurma bacarığı
  • Biznes etikası və korporativ etiket qaydalarından xəbərdar olma

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş rejimi, 09:00-dan 18:00-dək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29.02.2024-cü il tarixinə qədər elektron ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Direktor köməkçisi (Personal Assistant)” göstərməyiniz xahiş olunur.  

Əmək haqqı: 500 azn

P.S. Karyera inkişafı namizədin təşəbbüskarlığından asılı olaraq qısa müddətdə mümkündür.