İşin təsviri
Müəssisə: BAZARSTORE MMC
Tələblər:
- Ali təhsilli (İnformasiya texnologiyaları və elektronika üzrə);
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bacarıqları Microsoft Office (Excel, Word, Outlook,)- Yaxşı;
- Dil bilikləri: Azərbaycan – Əla;
- LAN, VLAN haqqında anlayışı olmalı;
- Wireless texnologiyaları ilə işləməyi bacarmalı;
- Kabellerin növlərini bilməli;
- Fiberoptik texnologiyaları bilməli;
- Access list-lərlə işləməyi bacarmalı;
- Firewall-larla işləməyi bacarmalı;
- Ezamiyyətə gedə bilməli.
Fərdi keyfiyyət göstəriciləri:
- Diqqətlilik;
- Keyfiyyət yönümlülük;
- Məqsəd yönümlülük.
Vəzifə öhdəlikləri:
- Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
- Lokal (LAN) və qlobal (WAN) şəbəkələrinə çıxışı sağlam şəkildə təmin etmək;
- Məlumatların vaxtaşırı ehtiyatlarının və sürətlərinin yaradılmasını təmin etmək;
- Şəbəkə avadanlığının sıradan çıxması və ya nasazlığı durumunda sistemin bərpa edilməsini təmin etmək;
- Şəbəkənin və şəbəkə əsasında çalışan xidmətlərin monitorinqini etmək;
- İnfrastrukturun təkmilləşdirilməsi üçün təkliflər hazirlamaq;
- Nasazlıqlarla bağlı rəhbərliyə məlumat vermək;
- Nasazlıq olan avadanlığı testdən keçirmək;
- Şəbəkənin təhlükəsizliyini, şəbəkədaxili məlumat mübadiləsinin təhlükəsizliyini müdiriyyətin tələbinə əsasən təmin etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri: Bakı şəhəri.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kamera və şəbəkə təminatı üzrə mütəxəssis (Bazarstore)” qeyd etməyiniz xahiş olunur.