Satış məsləhətçisi - Korporativ

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 19.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hyundai Ticari Avtomobilləri Mərkəzi

Ünvan:Hökməli qəsəbəsi,Bakı-Şamaxı şosesi 15

Vəzifə öhdəlikləri:

  • Potensial korporativ müştərilərin müəyyənləşdirilib cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • İşgüzar və korporativ danışıqların aparılması;
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və
    görüşlərin təyin olunması;
  • Salona gələn müştərilərə avtomobilin tanıtımı və texniki xüsusiyyətlərinin ətraflı izah edilməsi,lazım gəldikdə test-drive təşkil edilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması. 

Tələblər:

  • Satış texnikası, biznesin təşkili və idarəedilməsi üzrə ilkin biliklər;
  • Qeyd olunan sahə üzrə 1-2 il təcrübə olması arzuolunandır;
  • Müştəri yönümlü olmalı;
  • Dil biliyi: Azərbaycan – səlis, rus və ingilis dillərini bilməsi arzuolunandır.

Əmək haqqı: müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

İş qrafiki: 6 günlük iş həftəsi

Maraqlanan namizədlər mövzu yerində “Satış məsləhətçisi” yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.