Satış təmsilçisi HoReCa

İşin təsviri

Vəzifənin təsviri:

  • AzGranata məhsulların (spirtli/spirtsiz)  satışı
  • Şirkətin məhsullarının satışının təşkili və xidmətlərinin göstərilməsini təmin etmək;
  • Mövcud müştəri bazası ilə mütəmadi işləmək 
  • Yeni müştərilərin cəlb olunması hazırlanması, alqı-satqı müqavilələrinin bağlanması
  • Görülmüş işlər haqqında hesabatların təqdimatı 
  • Şirkət tərəfindən təhvil verilən hər bir əşyaya görə maddi məsuliyyət daşıdığı üçün, bunları daim nəzarətdə saxlamaq;
  • Müştərilərin tələbatını öyrənmək, xidmətlərimiz haqqında ətraflı və doğru məlumat vermək;
  • Rut üzrə müştərilərin daimi ziyarəti;
  • Korporativ formata uyğun olaraq igüzar yazışmalar və zənglərin aparılması;
  • Debitor borclarına nəzarət olunması və yığılması;
  • Ehtiyac müəyyənləşdikdən sonra məhsulun həmin mağazalar üzrə yerləşməsinə nəzarətin edilməsi;
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi;
  • Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
  • Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi;

Şərtlər:

  • İş qrafiki həftə içi 09:00 – 18:00, şənbə, bazar - istirahət günü
  • Əmək haqqı: 400 azn + 1100 azn bonus + yanacaq, amortizasiya və telefon xərcləri şirkət tərəfindən qarşılanır. 

Namizədə tələblər:

  • Sürücülük vəsiqəsi (B kateqoriya) + şəxsi avtomobilin olması
  • HoReCa sektorunda 1-3 il təcrübə
  • Bakı şəhərinin rayonları və məntəqələrini yaxşı tanımalı 
  • Ünsiyyət qurmaq bacarığı
  • Soyuq satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • 28 - 40 yaş arası bəylər;
  • Satış bacarığı;

CV-lərinizi email ünvanına mövzu hissəsində vakansiyanın adını “Satış təmsilçisi HoReCa” qeyd edib göndərin və ya qeyd olunmuş nömrə ilə əlaqə saxlayın. 

İşəgötürənin reytinqi

Unitrade Group MMC tərəfindən digər vakansiyalar