Junior Visual Merchandiser

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müxtəlif brend və prakəndə satış kanallarında yer alan bütün mağaza daxili vizual merçendayzinq aspektləri ilə bağlı məsuliyyət daşımalı;
  • Müştərilərin cəlb edilməsi və satışların artırılması üçün bütün vacib məhsul təşəbbüslərinin seçilməsi və nümayiş etdirilməsi;
  • Müştərini bütün mağaza boyunca yönləndirə biləcək cəlbedici və göz oxşayan vizual görüntünün yaradılması;
  • Yeni məhsul buraxılışlarını tanıtmaq və bayram və ya mövsümi mövzuları əks etdirmək üçün görüntünün dəyişdiriməsi;
  • Vizual təqdimat standartlarına dair təlimatlar/videolar hazırlanması və saxlanılması;
  • Brend təlimatlarına hər bir mağazada yaxşı qaydada əməl olunduğundan əmin olmaq, VM təlimatlarına riayət etməklə pərakəndə satış qrupunun fəaliyyətinə nəzarət edilməsi;
  • Ən son yeniliklərdən və bazar tendensiyalarından xəbərdar olmaq üçün Brend tərəfdaşları tərəfindən təşkil olunan təlimlərdə, tədbirlərdə, yarmarkalarda və sərgilərdə iştirak etmək;
  • Şöbənin tələblərinə uyğun olaraq həftəlik/aylıq hesabatların verilməsi;
  • Video, fotosessiya, dizayn və s. kimi marketinq fəaliyyətlərində VM ilə əlaqəli məqamlara görə məsuliyyət daşımaq;
  • Mağazaların fiziki inventarına əsasən ticarət strategiyalarının yaradılması, yeni çatdırılmalara, nəyin yaxşı satıldığına, nəyin endirimdə olduğu və nəyin mövsümü olmasına əsasən mərtəbə planının dəyişdirilməsi;
  • Bütün mağazadaxili VM materialları, qurğular, manekenlərin bölüşdürülməsi, yerləşdirilməsi, saxlanması üçün məsuliyyət daşımaq;
  • Vizual elementlərin artırılması üçün işıqlandırma sistemlərinin təşkil edilməsi və tənzimlənməsi;
  • Şirkətin vizual standartlarını nəzərdə tutan təlim proqramı vasitəsilə satış əməkdaşlarına rəhbərlik edilməsi;
  • Mağazalar üzrə əsas çarpaz funksional komandalarla güclü tərəfdaşlıq və ünsiyyət qurulması.

Tələb olunan təcrübə və bacarıqlar:

  • 3 il vizual merçendayzinq təcrübəsi;
  • Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Güclü təqdimat və fikirlərini ifadə etmək bacarığı;
  • Vizual merçendayzinq təqdimatlarının şərhi və onu mağaza mühiti ilə əlaqələndirilməsi və müxtəlif mağaza dizaynlarına və arxitekturasına uyğunlaşma bacarığı;
  • Standartlar, marketinq, işıqlandırma, yerləşdirmə, pəncərələr kimi detallara xüsusi diqqət yetirmək bacarığı;
  • Yaradıcılıq və başqalarını ilhamlandırmaq bacarığı;
  • Moda tendensiyaları barədə məlumatlı olmaq və onları yenidən vizual merçendayzinqdə şərh etmək bacarığı;
  • Şifahi və yazılı ünsiyyət bacarıqları.

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Kiçik Vizual Merçendayzer” yazaraq e-mail ünvanına göndərməsi xahiş olunur. Yalnız tərcümeyi halı vəzifə tələblərinə tam uyğun olan namizədlərlə əlaqə saxlanılacaq

İşəgötürənin reytinqi

Blue Planet Distribution tərəfindən digər vakansiyalar