İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- Bakıda və Azərbaycanın regionlarında topdan və pərakəndə satışın qurulması, müştəri bazasının formalaşdırılması
 
	- Malların satışının planlaşdırılması, sxemlərinin, formalarının, metodlarının və texnologiyalarının işlənib hazırlanması, malların bazara çıxarılması
 
	- Potensial alıcıların müəyyən edilməsi və onlarla işgüzar əlaqələrin qurulması
 
	- Qiymətlərin müəyyən edilməsində iştirak, müqavilələr üzrə ödəniş formalarının müəyyən edilməsi
 
	- Müqaviləqabağı işlərin aparılması və alqı-satqı, təchizat və s. müqavilələrin bağlanması
 
	- Daimi müştərilərlə əlaqə saxlayır, onlarla müqavilələri yenidən müzakirə edir
 
	- Şirkətin bazasında olan məhsullarının topdan satışı üzrə danışıqların aparılması, müqavilələrin bağlanması
 
	- Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli)
 
	- Istehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak
 
	- Görülən işlərin qeydinin aparılması
 
	- Satış ,Müştəri bazası haqqında rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
 
Şərtlər:
	- İş qrafiki: 5 günlük iş qrafiki
 
	- Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq(fix əmək haqqı+satışdan bonus) .
 
	- Polietilen satışı üzrə təcrübəsi olan namizədlərə üztünlük veriləcək
 
	- xərclər (yanacaq və telefon nömrə Şirkət tərəfindən ödəniləcək )
 
Namizədə tələblər:
	- Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi
 
	- Kişi namizəd,25-40 yaş
 
	- Dil bilikləri: Azərbaycan və rus dillərində səlis və sərbəst danışıq
 
	- Kompüter bilikləri: MS Excel,
 
	- Dəqiq və məsuliyyətli
 
	- Şəxsi maşını olması mütləqdir
 
	- Işgüzar ünsiyyət etikası
 
	- Yüksək səviyədə ünsiyyət qurmaq bacarıqları.
 
Qeyd olunan tələblərə cavab verən və maraqlanan namizədlər öz CV-lərini mövzü hissəsinə “Satış təmsilçisi” qeyd etməklə elektron poçtuna göndərə bilərlər