Qatar tərtibçisi

İşin təsviri

 Vəzifənin məqsədi: Vaqonların hərəkəti işlərində iştirak edilməsi, vaqonların bir-birinə və teplovoza açılıb-bağlanması işlərinin yerinə yetirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi;
  • Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi;
  • Qatarların avtomatlaşdırılmış əyləclərinin sınağında iştirak, nişanlanma, postlarının növbətçilərinin xidmət etdikləri mərkəzləşdirilmiş  nişanların və ya yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların aparılması;
  • Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması;
  • Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi;
  • Manevrlərin aparılmasında iştirak edən işçilərin manevr işlərinə rəhbərliyin edilməsi;
  • İş yerlərinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili intizam qaydalarına riayət edilməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə orta ixtisas təhsili;
  • Müvafiq ixtisas kursunun (sertifikat, vəsiqə, lisenziya) keçilməsi üstünlükdür;
  • Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Nəqliyyat vasitələri və xüsusi texnikaya baxış keçirə bilməli;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını bilməli;
  • Аzərbаусап Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə sistemini.

İş yeri: Metanol Zavodu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Qatar tərtibçisi” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 20.02.2024

İşəgötürənin reytinqi