Kontent yaradıcısı

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 13.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;
  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
  • Məzmunun cəlbedicilik səviyyələrini müəyyən etmək üçün analiz qabiliyyəti.

Tələblər:

  • Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə iş təcrübəsi;
  • Portfolio (Video kontent üzrə arzuolunandır);
  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi;
  • Təqdimat etmə bacarığı;
  • Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;
  • Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi