Anbardar

İşin təsviri

Əsas Öhdəliklər:

  • Anbarda olan materialların,inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiqliyini daim nəzarətdə saxlamaq
  • Anbarda olan materialların,inventarların və əsas vəsaitlərin miqdarının hesabat üzrə qalıqla faktiki qalığın dəqiq olmasına cavabdehdir
  • Anbarda məhsulların səliqəli yığılması,yağışın və günəşin təsirindən zay ola biləcək materialların qorunması
  • Mal qəbulunun dərhal, dəqiq və düzgün şəkildə təmin edilməsi və mal/məhsulların mağazalara göndərilməsi üçün hazır vəziyyətinə gətirilməsi prosesini icra etmək
  • Anbarda olan malların kateqoriya üzrə yerləşdirilməsi
  • Satış şöbəsi tərəfindən göndərilən, mağazalar üzrə mal/məhsul bölgüsünü vaxtı vaxtında və düzgün şəkildə icra etmək
  • Sürücülərin idarə olunması və satış nöqtələrininə vaxtlı vaxtında rut üzrə göndərilməsini təşkil etmək

Tələblər və bacarıqlar:

  • Anbar sahəsində təcrübə
  • Azərbaycan dilini səlis bilmək
  • Aktiv, məsuliyyətli və diqqətli olmalı
  • Dinamik, səbrli və gülərüz
  • Stressə davamlılıq
  • İş vaxtı 1-5 günlər 09:00-dan 18:00-dək
  • Əmək haqqı 1000-1200 Azn

Maraqlanan namizədlərdən CV-lərini mövzu yerinə “Anbardar” yazaraq 12.03.2024-cü il tarixinədək email ünvanına göndərməkləri xahiş olunur.