Fotograf-Videograf

  • West Hospital
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müassisə daxili müxtəlif tərzdə foto və videoların çəkilişini təmin etmək
  • Müəssisənin Sosial Media hesablarında paylaşılması üçün cəkilmiş foto və video materialların montaj edilərək hazır vəziyyətə gətirilməsi 
  • Gündəlik və aylıq plan üzrə Sosial Media hesabları üçün reels və story videoların çəkilməsi, müəssisə daxili və xarici müxtəlif sosial layihələr üçün çəkilişlərin həyata keçirilməsi
  • Görülən işlər barədə müvafiq hesabatların şöbə rəhbərinə təqdim edilməsi

Namizədə tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə təcrübə mütləqdir
  • Azərbaycan dilində səlist nitq qabiliyyətinə malik olmalı, Rus dili biliyi üstünlükdür
  • Yüksək səviyyədə təşkilatçılıq və gördüyü işə görə koordinasiya bacarığı
  • Peşəkar kompyuter bilikləri, çəkilmiş materialların montajı üçün (Adobe Premiere, Photoshop, After Effects) proqramları bilməli
  • Müəssisə daxili nizam, intizam qaydalarına əməl edilməsi

İş şəraiti:

  • Həftənin 6günü, saat 09:00-18:00
  • Bazar qeyri iş günü
  • Əmək haqqı: 500azn
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

Namizədlərdən şəkilli CVlərini e-mailin mövzu hissəsində “Fotograf-Videograf” qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

West Hospital tərəfindən digər vakansiyalar