Bağban

İşin təsviri

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları.

İşin təsnifatı:

  • Təhkim olunduğu binaların həyətyanı sahələrində və daxilində olan bitkilərə qulluq;
  • Ağacların, kolların, gül bitkilərinin əkilməsi;
  • Bitkilərin diblərinin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi;
  • Bitkilərin sulanması və xüsusi dərmanlarla çilənməsi, paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması;
  • Qurumuş ağac və kolların çıxarılması, qazonların biçilməsi, bitkilərin budanması, sahələrin yarpaqlardan və biçilmiş otlardan təmizlənməsi.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
  • Alət və avadanlıqlar ilə işləmək bacarıqları;
  • Bitkilər üçün nəzərdə tutulan kimyəvi vasitələr haqqında məlumat;
  • Ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və kimyəvi vasitələrin növləri, onların tətbiq üsulları, bağ-bostan alət və avadanlıqların istifadə qaydaları haqqında biliklər.

İş yeri: İçərişəhər metrosunun yaxınlığı.

CV-nizi mövzu bölməsində “Bağban” qeyd etməklə elektron ünvanına göndərməyiniz xahiş olunur.

Daxil olan müraciətlər dəyərləndiriləcək və yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi