Müştəri Xidmətləri Departamenti, Menecer

  • Soliton
  • Elanın qoyulma tarixi: 05.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SOLITON MAĞAZALAR ŞƏBƏKƏSİ  məişət texnikasının və elektronikanın satışı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşaraq fəaliyyət göstərir. Şirkətimiz hər zaman müştəri məmnuniyyətini ön planda tutaraq onların seçimlərinə uyğun yüksək xidmət anlayışı ilə iş prinsipini həyata keçirir.Bizim şirkətimiz özünü inkişaf etdirməyə hər zaman istəkli olan şəxslərə məqsədəuyğun vakansiyalar təklif edir.

Müştəri Xidmətləri Departamenti,  Menecer

Vəzifəsi:

• Gələn zənglərin təhlili.
• Müştəri xidmətləri üzrə mütəxəssis qrupunun rəhbərliyi.
• Müştəri bazasını formalaşdırılması üzrə təkliflərin hazırlanması və işin nəzarəti.
• Ötən ay üçün  işin nəticələrinin təhlili, hesabatların hazırlanması və müdiriyyətə təqdim olunması.
• Yeni fəaliyyətlər haqda təkliflərin və təqdimat materiallarının hazırlanması.
• Şöbənin strateji planının hazırlanması və strateji inkişaf məqsədlərini təklif edilməsi.

Tələblər:

• Ali təhsilli olmalı
• Azərbaycan və rus dillərini bilməli.
• MS Ofis proqramlarını rahat istifadə etməli.
• Təşkilatçılıq və istiqamətləndirmə bacarıqları olmalı.
• İnsan əlaqələrində müvəffəqiyyətli və ünsiyyəti güclü olmalı.
• 1 ildən 3 ilə qədər iş təcrübəsi olmalı.

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “Müştəri xidmətləri üzrə menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi