Tələbə qəbulu / satış mütəxəssisi

İşin təsviri

Namizədin vəzifələri:

  • "IB Academy” dil kurslarının məhsullarının satış prosesinin icrası;
  • Müştəri ilə müqavilələrin hazırlanması;
  • Zənglərin cavablandırılması və gündəlik bazadan yeni zənglərin edilməsi;
  • Sınaq dərslərin təşkili və statistikasının izlənməsi;
  • Tələbələrin prioritet siniflərə/qruplara yerləşdirilməsi
  • Sosial şəbəkələrdə təhsil yönümlü videoların çəkilməsində sima olmaq və yaradıcı ideyalar təqdim etmək;
  • Baş müəllim ilə mütəmadi sinxron işləmə;
  • Aylıq ödənişlərin yığılması;
  • Sosial media hesablarından yeni müraciətlərin (comment, dm) cavablandırılması və satışa çevrilməsi;
  • Sistemlərə gündəlik müraciətlərin daxil edilməsi;
  • Aylıq hesabat və satış planını qurulması.
  • Aylıq hədəfə çatmaq.

Gözləntilərimiz:

  • Punktuallıq;
  • Ünsiyyətcil;
  • Yaradıcılıq
  • Hədəf yönümlülük;
  • Analitik bacarıq;
  • Təkbaşına kritik vəziyəti idarə edib, sərbəst qərar verə bilmə bacarığı;
  • Nəticəyönümlülük və nəticədən gəlir qazanma motivasiyası;
  • Təhsildə satış üzrə təcrübə arzuolunandır.
  • Yaş limiti: 20-29
  • İş saatları: 10:00 - 19:00
  • Maaş fiks 500 AZN + satış bonusları 

Zəhmət olmasa, müraciətlərinizi e-mail ünvanına subject bölməsinə “Təhsil Sahəsində Satış Mütəxəssisi” yazıb göndərin. Növbəti mərhələyə keçəcək namizədlərə müsahibə mərhələsinə dəvət üçün satış üzrə situasiya tapşırığı veriləcəkdir.

Müsabiqədə uğurlar!