Kiçik tele-satış mütəxəssisi

İşin təsviri

Öhdəliklər:

  • "İB Şirkətləri Qrupu" məhsullarının zəng vasitəsilə satış prosesinin icrası;
  • Daxil olan müraciətlərin (telefon və sosial media) sistemlərə yazılması;
  • Zənglərin cavablandırılması və gündəlik bazadan yeni zənglərin edilməsi;
  • Zəng vasitəsilə sınaq dərslərinin təşkili və statistikasının izlənməsi;
  • Köhnə müştərilərin yeni müştəriyə yenidən çevrilməsi üçün zənglərin olunması;
  • Aylıq zəng və satış hədəfinə çatmaq;
  • Sistemlərə gündəlik müraciətlərin daxil edilməsi;

Gözləntilərimiz:

  • Punktuallıq;
  • Ünsiyyətcil;
  • Hədəf yönümlülük;
  • Gəncliyin tələblərini başa düşüb işləyə bilən;
  • Təkbaşına kritik vəziyəti idarə edib, sərbəst qərar verə bilmə bacarığı;
  • Nəticəyönümlülük və nəticədən gəlir qazanma motivasiyası;
  • Təhsildə satış üzrə təcrübə arzuolunandır.
  • Yaş limiti 20-29
  • İş saatları 10:30 - 19:30
  • Maaş fiks 400 AZN (namizədə görə) + satış bonusları 

Zəhmət olmasa, müraciətlərinizi e-mail ünvanına “Kiçik tele-satış mütəxəssisi” başlığı ilə göndərin.