Mühasib

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə); 
  • Mühasib olaraq ən az 2 il iş təcrübəsi;
  • Peşəkar mühasib sertifikatının olması üstünlükdür;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə;
  • 1C (8.3 ERP)  proqramı ilə işləmə bacarığı;
  • Məsuliyyətli, diqqətcil, komandada işləmə bacarığı.

Vəzifə öhdəlikləri:  

  • Vergi uçotu və mühasibat uçotu üzrə əsas vəsaitlərin və uçotunun aparılması və izlənilməsi;
  • Vergi uçotu və mühasibat uçotu üzrə üzləşmələrin aparılması və nəzarəti;
  • Alış və satış əməliyyatlarının uyğun alt sənədləri əsasında işlənməsi və yoxlanması;
  • Xərc sənədlərinin bağlanmasını yerinə yetirmək və nəzarət;
  • Gəlir və xərc sənədlərinin məbləğlərinin koteqoriyalar üzrə bölüşdürülməsi;
  • İşlənilən bütün sənədlərdə müxabirləşmələrin aparılması;
  • Hesabatların hazırlanmasında iştirak (Vergi ,DSMF və statistika, Balans, mənfəət- zərər,pul vəsaitlərinin hərəkəti ,kapitalda dəyişikliklər və s.);
  • Vergi öhdəliklərinin proqram təminatına daxil edilməsi;
  • Əvəzləşmələrin aparılması və əvəzləşdirilməmiş məbləğlərin sistemə daxil edilməsi;
  • İdxal olunmuş malların gömrük xərclərinin proqrama daxil edilməsi;
  • İdxal olunmuş malların daşınma,demuraj və s. xərclərinin proqrama tam və düzgün daxil edilməsi;
  • Proqram daxilində olan hesabat formalarında yaranan xətaları(varsa) araşdırmaq üçün mühasibatlıq şöbəsində müzakirəyə çıxarmaq;
  • Ay bağlantısı verilən zaman bütün hesabların tək-tək yenidən yoxlanılması,bağlanılmayan və ya düzgün formada bağlanmayan əməliyyatların araşdırılması və həlli üçün müraciətlərin edilməsi;
  • Mühasibatlıq uçotu üzrə ayın bağlanması ilə bağlı əməliyyatlarda iştirak etmək;
  • Avans və təhtəl hesabatlarının işlənilməsi və izlənilməsi;
  • Satış komandasının satış əməliyyatlarının yoxlanılması və yoxlanılma zamanı yanlış işlənilən əməliyyatlara düzəlişlərin edilməsi;
  • İşdən çıxan əməkdaşların son haqq-hesab, məzuniyyət hesablamalarının aparılması;
  • Ölkədaxili Pul köçürmələrinin (Bank ödənişləri) həyata keçirilməsi və Bank çıxarışlarının hazırlanaraq tələb edilmə üzrə göndərilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1108 – 1463 AZN;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.