İşin təsviri
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət, Biznes proseslərin idarə edilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Rus və İngilis dillərində bilik;
- Güclü yazılı və ünsiyyət bacarığı;
- Beynəlxalq standartlar və qabaqcıl təcrübələr (PCI, ISO, NIST, Cobit, ITIL) üzrə biliklər;
- Kompüter və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servislərini anlamaq;
- Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər;
- Biznes proseslərinin idarə edilməsi və ya daxili nəzarət sahələri üzrə sertifikatların olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud olan biznes prosesinin təhlili;
- Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq;
- Biznes proseslərinin təkmilləşdirilməsi üzrə planların, o cümlədən optimallaşdırma və avtomatlaşdırma üzrə təkliflərin hazırlanması;
- Biznes proseslərinin, dəyişikliklərin və bütün əlaqədar sənədlərin rəsmiləşdirilməsi;
- Biznes proseslərinin idarə edilməsi sahəsində prosedurların və standartların işlənib hazırlanması və saxlanılması;
- İş proseslərinin optimallaşdırılması məsələlərində işçilərə məsləhət və dəstək verilməsi;
- Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;
- Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;
- İş prosesində etik norma və standartlara əməl olunması;
- Məlumatların və biznes prosesi məlumatlarının məxfiliyinin təmin edilməsi.
Namizədlərdən CV-lərini “Biznes proseslərinin idarə edilməsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.