Keyfiyyətə nəzarət bölməsinin Meneceri

  • STP Alüminium
  • Elanın qoyulma tarixi: 05.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Ümumi müddalar:

  • Bu vəzifə təlimatı Menecerin (keyfiyyətə nəzarət üzrə) funksional vəzifələrini, hüquq və məsuliyyətini müəyyən edir.
  • Menecer (keyfiyyətə nəzarət üzrə) vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi, “STP Alüminium” MMC-nin İşəgötürəni ilə işçi arasında Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsinin bağlanması və ya mövcud əmək müqaviləsinin xitam verilməsi yolu  ilə və müvafiq əmrlə rəsmiləşdirməklə həyata keçirilir.
  • Menecer (keyfiyyətə nəzarət üzrə) vəzifəsinə müvafiq sahə üzrə ali təhsilli və müvafiq sahə üzrə 3 ildən 5 ilədək iş stajı olan, şəxs təyin edilir. 
  • Bilməlidir:
  1. AR Konstitusiyasını;
  2. Cəmiyyətdaxili qayda və prosedurları, siyasətləri, vəzifəsi ilə bağlı normativ texniki sənədləri, standartları, əmr və sərəncamları.
  • İşində rəhbər tutmalıdır:
  1. Cəmiyyətin Nizamnaməsini,
  2. Aid olduğu struktur vahidin Əsasnaməsini, 
  3. Bu vəzifə təlimatını,
  4. Tabeçiliyində olduğu müdiriyyətin yazılı və şifahi göstərişlərini.

Vəzifəyə dair əsas tələblər, kompetensiyalar:

 

  • Normativ və konstruktor sənədlərini anlamalı
  • İstehsal olunan məhsulun texnologiyasını bilməli
  • İstehsalatda tətbiq olunan standartları bilməli
  • İstehsal olunan məhsulun standarta uyğun nəzarət olunan ölçü parametrlərini və nəzarət qaydalarını, ölçmə vasitələrindən istifadə etməyi, məhsulun xarici qüsurlarının əsas əlamətlərinə görə tanımağı və sinifləşdirməyi bacarmalı
  • EN, İSO, ASME, ASTM standartları üzrə biliyi olmalıdır
  • Qaynaq prosesləri haqda spesifik biliyi olmalı
  • Qaynaq prosedurlarını oxumağa bacarmalı
  • Yerli və beynəlxalq standartları bilməli
  • Təzyiqli çənlər üzrə cizgiləri oxumalı
  • Metal konstruksiya cizgilərini yüksək səviyyədə oxumağa bacarmalı
  • Metalların mexaniki və fiziki xassələrini spesifik səviyyədə bilməli
  • Metalların struktur xassələrini spesifik səviyyədə bilməli
  • İngilis dili və rus dilini bilməli
  • Biliyin səviyyəsini təsdiq edən müəyyən sertifikatların olması
  • MS Excel, MS Word, Outlook proqramları ilə işləmək bacarığı
  • Cəmiyyət daxili kommunikasiya əsaslarını bilməli.

Vəzifə öhdəlikləri:

  • İstehsal prosesinin və istehsal olunan məhsulun normativ sənədlərin və müştərinin tələblərinə uyğunluğunu təmin etmək üçün istehsal sahələri tərəfindən yerinə yetirilən proseslərin keyfiyyətinə nəzarətin lazımi səviyyədə saxlanmasına nəzarət etmək
  • Əməliyyat nəzarəti zamanı texnoloji proseslərin düzgün yerinə yetirilməməsi aşkarlandıqda və ya texnoloji proseslərdə qayda pozuntularına yol verildiyi hallarda instansiyalar üzrə rəhbərliyi məlumatlandırmaqla işi dayandırmaq
  • Keyfiyyətsiz məhsulun istehsalının qarşısını almaq
  • Uyğunsuz və ya zay məhsul istehsal edildiyi təqdirdə məhsulu qəbul etməmək və bu haqda rəhbərliyi yazılı şəkildə məlumatlandırmaq
  • Uyğunsuz məhsul istehsal olunduqda onun sənədləşdirilməsini, qeydiyyatını və izolə olunmasını təmin etmək
  • Sifarişə uyğun olaraq istehsal olunmuş məhsulun qarışmaması üçün qəbul edilmiş qaydada nişanlanmasına (markalanmasına) nəzarət etmək
  • Qüsurların yaranma səbəblərinin analiz və tədqiq edilməsində iştirak etmək
  • Düzəltmə və düzəldici fəaliyyətlərinin təmin olunması üçün dəstək vermək
  • Müştəri şikayətlərini analiz etmək və uyğunsuzluqların yaranma səbələrinini müəyyən etmək və təkrarlnmasının qarşısının alınması üzrə dəstək vermək
  • Struktur vahidlərindən texnoloji intizamla bağlı aşkarlanmış qayda pozuntularının (uyğunsuzluqlarının) aradan qaldırılması üzrə tədbirlərin görülməsini tələb etmək
  • İstehsal zamanı materialın girişindən məhsulun çıxışına qədər bütün mərhələlərdə izlənməsini təmin etmək
  • Keyfiyyət paketlərinin hazırlanmasını təmin etmək

Hüquqlar:

 

  • Normal iş şəraiti ilə təmin olunmaq;
  • Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək;
  • Əmək fəaliyyətinin, habelə struktur vahidin işinin təkmilləşdirilməsi məqsədilə struktur vahid rəhbərinə müvafiq təkliflər vermək;
  • Vəzifəsini yerinə yetirmək üçün Cəmiyyətin müvafiq resurslarından istifadə etmək;
  • İxtisas və bilik artırma təlimlərində iştirak etmək;
  • Öz funksional öhdəliklərinə aid məsələlərin müzakirəsində iştirak etmək;
  • Gördüyü işi ilə bağlı məlumatın əldə olunmasını tələb etmək.

Məsuliyyətlər:

 

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi, Cəmiyyətdaxili qayda və prosedurlara riayət edilməməsinə görə;
  • Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntularına görə;
    Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada maddi ziyanın vurulmasına görə;
  • Fəaliyyətini həyata keçirmə zamanı törətdiyi hüquq pozuntusuna görə Azərbaycan Respublikasının cinayət, inzibati və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə;
  • “STP Alüminium” MMC-nin mənafeyinin qorunmaması, Cəmiyyətə, onun müştərilərinə aid olan məxfi məlumatların, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açıqlanmasına görə;
  • “STP Alüminium” MMC-nin İşəgötürəninin əmrlərini, göstərişlərini, icrası vacib olan digər normativ və təlimatlandırıcı sənədlərin icra olunmamasına görə;
  • Vəzifə təlimatında göstərilən bütün göstərişlərin yerinə yetirilməməsinə görə;
  • Verilən işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməməsinə görə;
  • Cəmiyyətdə xidməti istifadə üçün verilmiş inventarların (avadanlıqların, ehtiyat hissələrinin, ləvazimatların, xüsusi geyimlərin) qorunub saxlanılmamasına görə;
  • Özünün təqsirindən baş vermiş istehsalat travmalarına, yanğına, qəzaya və qəza zamanı aldığı istehsalat xəsarətlərinə görə;
  • TTQ, TİQ və YTQ-yə və nizam-intizam qaydalarına əməl etməsinə görə;
  • Ətraf mühitin mühafizəsi və SƏTƏM qaydalarına riayət etməməsinə görə;
  • Verilmiş tapşırıqların nöqsansız, yüksək keyfiyyətlə və vaxtında yerinə yetirməməsinə görə;
  • Hazırkı vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə.

SƏTƏM üzrə normativ tələblər:

 

  • Böyük mühəndis öz fəaliyyətində texniki istismar qaydalarını (TİQ),  təhlükəsizlik texnikası qaydalarını (TTQ), yanğın təhlükəsizlik qaydalarını (YTQ), istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli və tələblərə riayət etməlidir.
  • Bu təlimatda aşağıda göstərilən funksiyaları yerinə yetirmədiyi təqdirdə, müvafiq qanunvericiliyə və bu təlimata uyğun olaraq məsuliyyət daşıyır:
  1. Ətraf mühitin qorunması üzrə qanunvericiliyi və fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini;
  2. Ətraf mühitin qorunması və təhlükəsizlik texnikası üzrə normativ tələbləri;
  3. Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini, ekologiyaya aid qüvvədə olan qanunvericiliyi və Cəmiyyətin strategiyasını;
  4. Fəaliyyətlə  bağlı risklərin və onların idarə edilməsi üzrə tədbirləri;
  5. Əməyin və istehsalatın təşkilini, əmək qanunlarının əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını, istehsalat sanitariyasını və yanğından mühafizə qaydalarını təmin edən təlimatları;
  6. Cəmiyyətin ekologiya, keyfiyyət və əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasətini bilməli və həyata keçirilməsi üçün lazım olan tədbirlərin təşkil olunmasını.
  7. Baş verən qəzalar və xəsarətlər barədə vaxtında və dolğun məlumat verməli, özünün və ətrafda işləyən işçilərin sağlamlığına zərər verə biləcək iş fəaliyyət aparmamalı;
  8. FMV-dən təhlükəsizlik tələblərinə uyğun olaraq düzgün istifadə olunmasına və saxlanmasına riayət etməli;
  9. Cəmiyyətin anti-alkoqol və psixotrop maddələrin istifadəsinə dair siyasətinə uyğun olaraq tələblərə riayət etməli və mütamadi yoxlamalarda iştirak etməli;
  10. Cəmiyyətin beynalxalq standartların və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dair üzrərinə götürdüyü öhdəliklərini həyata keçirməli və qoyulan hədəflərə nail olmasına köməklik göstərməli;
  11. İstehsalat proseslərində işləri düzgün aparmalı, avadanlıqların, mexanizmlərin, qurğuların təhlükəsiz istismarını həyata keçirməli.