Əməliyyat Təhlükəsizliyi və İnkassasiya üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 02.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bankda müəyyən edilmiş əməliyyat risklərinin aradan qaldırılması üçün təhlükəsizlik sistemininin hazırlanması üçün təkliflər vermək;
  • Bankın əmlakının, müştəri və işçi heyətinin təhlükəsizliyini təmin etmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Müasir təhlükəsizlik – “Apollo-Apaks”, “Faster”, “Suprema” nəzarət-buraxılış və “Bolid” siqnalizasiya sistemləri ilə sərbəst idarəetmə biliklərinə malik olmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq, maliyyə və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Lisenziya/ Sertifikat: tələb olunmur;
  • Xarici dil: İngilis dili (orta);
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul biliyi: tələb olunur;
  • Bazar biliyi: tələb olunur;
  • Hərbi xidmət: tələb olunur;
  • Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

İşəgötürənin reytinqi