Risklərin İdarə Edilməsi Departamentinin direktoru

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 08.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Bankın Strateji inkişaf planının hazırlanmasında iştirak edir və bu plandan irəli gələn və bilavasitə departamentin vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
• Qabaqcıl təcrübəyə uyğun olaraq risklərin qiymətləndirilməsi, müxtəlif risk növlərinə uyğun riskə məruz dəyərin qiymətləndirilməsi ve onun adekvatlığının yoxlanılması, risklərin ekonometrik metodlarla qiymətləndirilməsinin və modellərə uyğun idareetmənin tətbiqinin həyata keçirir;
• Bankın risk siyasətinin, departamentin fəaliyyəti ilə bağlı olan Bankdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır və İdarə Heyətinə təqdim edir;
• Bankın digər struktur bölmələri ilə birgə mühüm riskləri müəyyən edərək risk xəritəsinin tərtib edilməsi və müntəzəm olaraq yenilənməsini təmin edir;
• Bankda müxtəlif risk növləri üzrə limitlərin təyin edilməsi barədə təkliflər verir və təsdiqlənmiş limitlərin riayət edilməsinə nəzarət edir;
• Risk sahələri üzrə səlahiyyətlər və məsuliyyətlərin bölüşdürülməsi barədə təkliflər verir;
• Bankın struktur bölmələri tərəfindən risk sahələri üzrə aparılan işlər, o cümlədən təsdiq olunmuş limitlərə riayət edilməsi barədə hesabat sisteminin tətbiqini təmin edir, alınmış hesabatları təhlil edir və nəticələri barədə Bankın rəhbərliyinə məlumat verir;
• Risklərin azaldılması məqsədilə Bankın fəaliyyət sahəsində bazarın vəziyyətini təhlil edir və faiz dərəcələrinin, valyuta məzənnələrinin və s. gözlənilən dəyişikliklər ilə əlaqədar Bankın üzləşə biləcəyi risklərin minimallaşdırılması barədə öz təkliflərini verir;
• Bankda hazırlanmış təlimatların, qaydaların, prosedurların və digər sənədlərin layihələrini risk baxımından təhlil edir, öz rəy və təkliflərini verir;
• Kredit portfelinin monitorinqi ilə bağlı icra mexanizmlərini müəyyən edir və müvafiq bankdaxili normativ sənədlərin hazırlanmasını təmin edir;
• Mütəmadi olaraq aktivlərin təsnifləşdirilməsini həyata keçirir və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların yaradılmasına dair təkliflər hazırlayır və təsdiq olunması üçün Riskləri İdarəetmə Komitəsinin növbəti və növbədənkənar iclaslarına çıxarır;
• Daima kredit, əməliyyat, İT və digər risk sahələri üzrə mövcud və yarana biləcək risklərin təhlilini aparır və onların minimallaşdırılması üçün Bankın struktur bölmələrindən zəruri tədbirlərin həyata keçirilməsini tələb edir;
• İdarə Heyəti sədr müavinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
• Risklərin idarə edilməsi, maliyyə menecmenti sahəsində 5 il və idarəetmə üzrə minimum 3 il iş təcrübəsi;
• CFA, FRM kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
• Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Bank və onun missiyasına yüksək dərəcədə sadiqlik nümayişi;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə sahiblik;
• Yüksək dərəcədə komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 yanvar 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin İdarə Edilməsi Departamentinin direktoru) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.