Mikro kreditlər üzrə kredit satış meneceri (Bakı, Mingəçevir filialı)

İşin təsviri

Tələblər:

  • İqtisadi, riyazi və ya texniki ixtisas üzrə ali təhsil (Bakalavr və ya Magistr);
  • Bank və ya kredit təşkilatında ən azı 1 il iş təcrübəsi arzuolunandır (Mikro Kredit şöbə üzrə)
  • Ünsiyyətcil, məsuliyyətli, təmkinli, komandada işləmək bacarığı;
  • Tapşırıqların həllində çeviklik;
  • Müştəri-mərkəzli və hədəfə yönəlik çalışma bacarığı.
  • Kompüter bilikləri (MS Office, MS Outlook)

Əsas vəzifələr:

  • Mikro, kiçik və orta biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və kredit təşkilatını müştəri qarşısında təmsil etmək;
  • Müştərilərlə biznes görüşlər aparmaq;
  • Tələb olunduqda işlədiyi ərazilərə aid bazar araşdırması təhlili aparmaq;
  • Biznes analizlərin aparılması;
  • Kredit müraciətçilərinin kreditləşmə kriteriyalarına uyğunluğunu yoxlamaq və qaydalara müvafiq şəkildə kreditləşdirmə üçün tələb olunan araşdırma aparmaq, riskləri təhlil etmək və sənədləşdirmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

İş vaxtı: I-V günlər 09:00-18:00  

Aylıq stabil əmək haqqı + satışdan %

Namizədlər CV-lərini müvafiq filial ofislərinə yaxınlaşmaqla və ya mövzu hissəsindəkredit satış meneceri” yazmaqla elektron poçt ünvanına göndərə bilər. Yalnız müsabiqəyə dəvət olunan şəxslərlə əlaqə saxlanılacaq. Telefonla zəng etməməyiniz xahiş olunur.

Ünvan: Mingəçevir şəhər, Heydər Əliyev prospekti 36 Tel: 050 223 67 93

Ünvan: Bakı şəhər, Afiyəddin Cəlilov küçəsi ev 19 mənzil 3 Tel:  050 230 05 16