Normativ hüquqi təminat şöbəsinə Baş Hüquqşunas

İşin təsviri

Namizədlərə dair ümumi tələblər:

  • Təhsil: Hüquq
  • Təcrübə: Hüquq sahəsində ümumilikdə - 4 il; normativ hüquqi təminat sahəsində 2 il iş təcrübəsi.
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus (arzuolunandır) 
  • Kompyuter: Ofis proqramları

Vəzifə öhdəliklər:

  • Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq;
  • Nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;
  • Avtomobil nəqliyyatı sahəsində yerli qanunvericiliyin beynəlxalq norma və standartların tələblərinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
  • Agentliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasını və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəyləri tərtib edərək Departamentin direktoruna təqdim etmək;
  • Agentliyin tərəf olduğu müqavilələri təhlil edir, qüvvədə olan qanunvericiliyə uyğun olaraq yoxlayıb və hüquqi rəy tərtib edərək Departamentin direktoruna təqdim etmək;
  • Qüvvədə olan hüquqi aktların yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflər hazırlamaq və s.

Maraqlanan şəxslər öz CV formalarını e-mail ünvanına, mövzu hissəsində "Baş hüquqşünas” qeyd edərək, göndərə bilərlər.