İşin təsviri
İş yeri: Xırdalan şəhəri
Namizədə tələblər:
- Ali təhsil arzuolunandır;
- Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşma qabiliyyəti olmalı;
- Çevik və məsuliyyətli olmalı;
- MS office məhsulları üzrə bilik və bacarıqları olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Sorğu materiallarının komplektləşməsini təmin edir, onları sinifləndirir və sistemləşdirir;
- Xidməti materiallarla işləyir, onları rəhbərə məruzə etmək üçün sistemləşdirir;
- Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak edir, tapşırılan məktubların müəlliflərinə cavab məktubu hazırlayır;
- İdarə Heyəti sədrinin iclas və müşavirələrinin keçirilməsini planlaşdırır;
- Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərin çıxışlarının layihəsini hazırlayır;
- İdarə heyətinin sədrinin tapşırığına müvafiq olaraq sənədləri icraçılara verir, qeydiyatlarını rəsmləşdirir;
- İcra olunmuş sənədləri ünvanlara yola salır;
- Menecment iclaslarının protokollarını tərtib edir və uçotunu aparır;
- Cəmiyyətin İdarə heyətinin sədri tərəfindən struktur bölmələrinə göndərilən əmr, sərəncam, tədbirlər planı və s. göstərişlərin icrasına nəzarət edir;
- İdarə heyətinin sədrinin tələb etdiyi forma və müddətlərdə fəaliyyətinə aid hesabatları hazırlayır və təqdim edir;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etməli;
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirməli;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
- Korporativ nömrə ilə təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Katibə-referent” yazaraq e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.