Ekspeditor

İşin təsviri

Vəzifənin məqsədi: Yüklərin sifarişçiyə çatdırılmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Müşayiətedici sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul etmək və qablaşdırmanın bütövlüyünü yoxlamaq;
  • Qurğuların və müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək;
  • Yüklərin təyin olunmuş yerlərə çatmasını müşayiət etmək, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirmək;
  • Gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərini rəsmiləşdirmək, lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak etmək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, Mülki müdafiə norma və qaydalarına, həmçinin zavodun daxili intizam qaydalarına riayət etmək.

Tələblər:

  • Tam orta təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
  • Yükləmə-boşaltma işlərinin təşklini, yükün qəbulu və təhvili qaydasını bilməli;
  • Ekspeditor yüklərinin nəqli zamanı mühafizə şərtlərini bilməli;
  • Yüklərin qəbulu və yola salınma sənədlərinin forması və sənədləşdirmə qaydalarını bilməli;
  • Detallara diqqət yetirmək bacarığı;
  • Ofis proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook və s.).

İş yeri: Metanol Zavodu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Ekspeditor” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 07.02.2024

İşəgötürənin reytinqi