SƏTƏMM üzrə mütəxəssis

  • Cənnət Park MTK
  • Elanın qoyulma tarixi: 31.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikintidə əməyin mühafizəsinə və texniki təhlükəsizliyə nəzarət etmək;
  • İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırma;
  • Tikintidə zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlanması və onların həyata keçirmək;
  • İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
  • Təhlükəsiz və sağlam iş şəraiti yaratmaq üçün tədbirlərin aparılması;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılması;
  • Yanğın təhlükəsizliyinə aid sənədlərin, təlimatların və əmrlərin hazırlanması;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mövcud forma və qaydalara uyğun olaraq hesabat hazırlamaq;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək.

Tələblər:

  • SƏTƏMM üzrə müvafiq təhsil və sertifikatlar;
  • Sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı.
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik.

İş barədə məlumat:

  • 6 günülük iş rejimi
  • İş saatları 10:00-18:00
  • Əmək haqqı: razılaşma yolu ilə

Əlaqə: Vakansiya ilə əlaqədar CV formasını elektron poçt ünvanına mövzu yerinə “SƏTƏMM mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.

Cənnət Park MTK tərəfindən digər vakansiyalar