Xəzinə Əməliyyatları üzrə Aparıcı Mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 31.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat,Maliyyə):
  • Araşdırma , analitik düşünmə ,kollektivlə işləmə bacarığı; 
  • Əlaqəli sahə üzrə minimum 1 ildən artıq ;
  • Yaxşı səviyyədə MS Office bilikləri(Word, Excel,Outlook) və Tiger,SAP;
  • Bank əməliyyatlarından anlayışlı olması önəmlidir;
  • Diqqətli, məsuliyyətli və stress altında işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Aralıq bankların gündəlik qalığına nəzarət. Fərqlərin araşdırılması və həllinin təmin edilməsi. Həftəlik olaraq üst rəhbəri məlumatlandırmaq;
  • Bank xidməti haqqlarının, konvertasiya əməliyyatlarının, pos terminal xidmət haqqlarının həftəlik olaraq yoxlanılması ;
  • Gündəlik bank hesabından çıxan vəsaitlərin sistem üzrə yaradılan ödəmə tələblərinə uyğun icrasını yoxlamaq (hesab, vöen uyğunluğu, məbləğ). Hesabdan çıxılan, lakin sistemdə olmayan məbləğlər ilə bağlı üst rəhbəri məlumatlandırmaq;
  • Kassa və bank qalıqlarının Sap üzrə həftəlik düzgünlüyünü yoxlamaq, uyğunsuzluq olduğu təqdirdə üst rəhbərə məlumat vermək;
  • Kredit və qarantiya sənədlərinin uyğun müraciətlər və təsdiqlər əsasında sənədləşməsini təmin etmək. Ödəmə qrafikinə uyğun ödənişlərini təmin etmək. 
  • Tutulmaların qrafikə uyğunluğunu yoxlamaq. Vaxtı bitəcək kredit və qarantiyalar ilə bağlı üst rəhbəri məlumatlandırmaq;
  • Bank əməliyyatları ilə bağlı digər şöbələr tərəfindən istənilən məlumatları operativ hazırlayıb, təqdim etmək. Korporativ kartlar üzrə əməliyyatların yoxlanılması və icrasına nəzarət;
  • Nəğdsiz satışlardan hesaba mədaxil olunmayanların əməliyyat bazlı yoxlanışı, fərqin araşdırılması və nəticələndirilməsi.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Xəzinə Əməliyyatları üzrə Aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi