Müştəri Sorğularının Araşdırılması / Assistent

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Müştəri tərəfindən göndərilmiş “FATCA” sənədlərinin qəbulu, yoxlanılması və sistemdə müvafiq qeydlərin aparılması;
  • “FATCA” sənədlərinin arxivləşdirilməsi (həm fiziki arxiv, həm elektron qovluqda arxivləşdirilməsi);
  • Qəbul olunmuş “FATCA” sənədləri əsasında müştərilərə kartların göndərilməsi və çatdırılması ilə bağlı sənədlərin arxivləşdirilməsi;
  • Sistemdə kartların çatdırılmasının statusu ilə bağlı qeydlərin aparılması;
  • Kartların çatdırılması ilə bağlı ABS-də müxabirləşmələrin  icra olunması;
  • Kartların çatdırlması ilə bağlı bütün xarici və daxili müştərilərin, o cümlədən Biznes Mərkəzlər, Müştəri Menecerləri, Biznes Bloklar və s. sorğuların cavablandırılması;
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Qiymətlilərin (kartları) kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: Orta / Ali təhsil
  • Tələb olunan iş təcrübəsi:  0-1 il
  • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis)
  • Kompüter bilikləri: Word, Excel
  • Başqa tələblər: dəqiqlik, məsuliyyət, kommunikasiya bacarığı  

İşəgötürənin reytinqi