Rəqəmsal Marketinq Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Yeni rəqəmsal platformaların və vasitələrin müəyyənləşdirilməsi və sınaqdan keçirilməsi;
  • Veb analitik vasitələrdən istifadə bacarığı;
  • E-poçt marketinqi, sosial media və rəqəmsal reklam daxil olmaqla marketinq kampaniyalarının optimallaşdırılması;
  • İstehlakçıların alış davranışlarını izləmək;
  • Rəqəmsal marketinq platformalarında (Google Ads, Meta və s.) effektiv reklamaların yaradılması və idarə edilməsi;
  • Sosial Mediada auditoriya monitorinqinin aparılması və düzgün targetlənmiş targetinq strategiyasının hazırlanması;
  • Şirkətin rəqəmsal marketinq strategiyasının planlaşdırılması, icra edilməsi ve təhlil edilməsi;
  • Şirkətin sosial media platformalarının və digər rəqəmsal kanallarının idarə edilməsi, yenilənməsi, inkişaf etirilməsi va optimallaşdırılması;
  • Ödənişli reklam kampaniyalarnın yaradlıması va idarə olunması;
  • Rəqəmsal marketing platformalarında SEO (axtarış motoru optimallaşdırması) taktikalarının tətbiq edilmasi (Content seo, Meta description, Keywords, Search Console);
  • Rəqəmsal marketinq platformalarında yüksək keyfiyyətli və cəlbedici kontentin yaradılması və ya secilməsi;
  • Marketinq kampaniyaları üzrə kompleks hesabatların tətbiqi və təhlili;
  • Rəqiblərin sosial medya hesablarının analizi.

Namizəd üçün tələblər:

  • Rəqəmsal marketinq sahəsində azı 2 illik iş təcrübəsi
  • Ali təhsil
  • Müvafiq sahə üzrə sertifkatlar
  • Dil bilikləri: Azərbaycan dilində səlis, İngilis dili
  • Kompyuter bilikləri: MS proqramı, Google Analytics, Google Ads, Facebook Ads, İnstagram Ads, SEO Alətləri
  • Strateji düşünmə bacarığı
  • Kommunikasiya və ünsiyyət
  • Punktual və kreativ olması
  • Komandada işləmə qabiliyyəti

İş şəraiti:

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək;
  • İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər öz fotoşəkilli CV formalarını mövzu hissəsində “Rəqəmsal marketinq mütəxəssisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055-500-91-00

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar