Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri

  • Azericard
  • Elanın qoyulma tarixi: 26.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Şirkətin risk və keyfiyyətə nəzarət siyasətinin müəyyən edilməsini təmin etmək;
  • Mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi üçün nəzarət mexanizminin hazırlanması və tətbiqi;
  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  • Risklərinin minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
  • Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
  • Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi;
  • İş prosesində keyfiyyətin idarəedilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
  • Vəzifə tələblərindən irəli gələn sair işlərin icrası.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə idarəçilik üzrə ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərini bilməsi;
  • Stressə davamlılıq. Özünü idarə etmə və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı;
  • Ofis proqramları (Excel, Word) mükəmməl bilmə bacarığı.

Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət şöbəsinin müdiri” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. 

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi