Layihəçi konstruktor

İşin təsviri

Əmək haqqı: 2000-2500 AZN. 

Vəzifə öhdəlikləri:

  • Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin tərtib edilməsi və layihə hesabatlarının (Lira, Sap 2000) hazırlanması;
  • Tərtib edilmiş layihələrin dövlət ekspertizasında müdafiə edilməsi, layihələndirilən obyektlərin tikintisinə texniki nəzarətinin təmin edilməsi;
  • İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
  • Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edilməsi.
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
  • Tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsə nəzarət edir;
  • Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan inşaat norma və qaydalarına riayət etməklə aparılmasıgigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il təcrübə;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • İşində ciddi, diqqətli və məsuliyyətli;

İş yeri:

  • Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
  • Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.

İş vaxtı:  I-V günlər, 09:00-18:00.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: