Müştərilərlə əlaqələr üzrə satış koordinatoru

  • Smarton MMC
  • Elanın qoyulma tarixi: 26.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Elektronika məhsullarının satışının proqnozlaşdırılması, sifarişi, satışının təşkil edilməsi
  • Mövcud müştərilərin qalıqlarının gündəlik yoxlanması və lazımi məhsullarla təmin edilməsi
  • Yeni müştəri bazasının yaradılması, mövcud müştəri bazası ilə mütəmadi işləmək
  • Qoyulan satış hədəflərinin yerinə yetirilməsi
  • Tabeçiliyində olan promoterlərin satışlarına nəzarət etmək

Namizədə tələblər:

  • Ali texniki təhsilli
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri danışıq səviyyəsində
  • Elektronika avadanlıqlarının satışı sahəsində təcrübə arzu olunandır
  • Yüksək kommunikasiya, təhlil, riyazi və satış bacarıqları
  • Excel üzrə analitik hesabatlar hazırlamaq biliyi

İş qrafiki 7/5, 10:00-dan - 19:00-dək.

3 aylıq sınaq müddətindən sonra tibbi sığorta ilə təminat.

Əmək haqqı 1000-1200 manat.