Middle Product Owner

  • Qafqaz NET LLC
  • Elanın qoyulma tarixi: 26.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştəriyönümlü və dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etmək, Bazar tələbatını və müştəri istəklərini təhlil etmək və onun əsasında tələblər listi formalaşdırmaq, backlogun formalaşdırılması və müntəzəm olaraq yenilənməsi;
  • Rəqəmsal məhsullar üzrə görüləcək işlərin prioritetini müəyyən etmək və Məhsulun dəyər gətirməsindən məsul şəxs olmaq;
  • Məhsulun vizyonunu formalaşdırmaq , roadmap-i hazırlamaq, təqdim etmək və komanda üzvlərinə aşılamaq;
  • Biznes tərəfdaşlar ilə mütəmadi anlaşma, gözləntilərin uyğunlaşdırılması üzrə müzakirələr aparmaq, prosesdə multifunksional məhsul komandasınının işində qabaqcıl rol oynamaq;
  • Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlar bölüşmək və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
  • Agile məhsul yaradılma təcrübələri əsasında, Squad işinin təmin edilməsi, yeni məhsulların yaradılması
  • Deadline-ların müəyyən edilməsi və release-lərin vaxtında həyata keçirilməsi;
  • Böhran vəziyyətində (məhsulun dayanması, işləməməsi və sair) proseslərin idarə edilməsi;
  • Məhsulun inkişafı üzrə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi;
  • Məhsulun təhvil verildikdən sonra təkmilləşdirmələrinin və istəniləcək yeni funksionallıqlarını nəzərdən keçirib icrasını planlamaq, yaranan texniki problemlərlə bağlı mütəmadı xəbərdalıqlar etmək.

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Ali təhsil;
  • Məhsul inkişafı üzrə ən az 2 il peşəkar təcrübə (biznes və ya İT);
  • İngilis dili/Rus dili ( minimum biri mükəmməl səviyyədə );
  • PSPO, CSPO, CSM kimi sertifikatlara sahib olmaq üstünlükdür;
  • Ehtiyaclara uyğun məhsul yaradılmasına yönümlü təfəkkür və məhsula sahiblik;
  • İnkişaf etməkdə olan rəqəmsal tendensiyalar və onların imkanları barədə məlumatlılıq;
  • Agile və ya Dizayn Thinking üzrə biliklər;
  • Müştəri və biznes dəyərlərinə uyğun həllərin yaradılmasına yönümlülük;
  • Komandada işləmə və problem həlletmə bacarığı;
  • Liderlik bacarığı;
  • Analitik düşünmə və təhlil bacarığı.

İş rejimi:

  • İş yeri – Bakı şəh., Ziya Bünyadov 43 küç. 
  • İş günləri – həftənin 5 günü
  • İş qrafiki – 09:00 – 18:00

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Middle Product Owner” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.