Network Administrator (Telekommunikasiya şöbəsi)

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 25.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şəbəkə avadanlığının sazlanması, quraşdırılması və kommutasiyası;
  • Şəbəkə avadanlığının diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Şəbəkə avadanlığının konfiqurasiyalarının dəyişdirilməsi, rezervləşdirilməsi və bərpası;
  • Giriş hüquqlarının konfiqurasiyası, qurulması və ayrılması;
  • Tunellərin təşkili və dəstəklənməsi;
  • IP telefoniyanın idarə edilməsi;
  • Yeni kanalların qoşulmasında iştirak (avadanlığın sazlanması və kanalların qəbulu);
  • Şəbəkə infrastrukturu monitorinq sistemlərinin idarə edilməsi;
  • Aktiv şəbəkə avadanlığının monitorinqi, trafik analizi, qəza hallarının aradan qaldırılması, troubleshooting;
  • Provayderlərlə qarşılıqlı əlaqə (texniki məsələlərdə, şəbəkə avadanlıqlarında və rabitə kanallarında problemlərin aradan qaldırılması zamanı və s.);
  • İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
  • Cari konfiqurasiyanın sənədləşdirilməsi, kommutasiya jurnallarının, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. 

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Sənədlərlə işləmə bacarığı;
  • Korporativ seqmentdə / inteqratorda şəbəkə və telekommunikasiya texnologiyaları sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • Korporativ WAN şəbəkələrinin qurulması, inkişafı və müşayiət təcrübəsi;
  • IP telefoniya ilə iş təcrübəsi;
  • Şəbəkə avadanlığının quraşdırılması və qoşulması üzrə təcrübə;
  • İngilis və rus dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Network Administrator” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər. 

İşəgötürənin reytinqi