Baş mühasib

  • Hikvision Co
  • Elanın qoyulma tarixi: 25.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: 1000-1200 

Ünvan: Bakı şəhəri (Yaşıl bazar yanı)

Namizədə tələblər:

  • Yaş: 28-40
  • İş təcrübəsi: minimum 5 il
  • Bütün mühasibatlıq əməliyyatları üzrə daxili və xarici,mal,iş və xidmətlərin alışı,satışı və silinməsi işlərinin kontrolu
  • Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması,ödənilməsinin kontrolu eyni zamanda DSMF və Statistika hesabatlarının kontrolu
  • Əsas vəsaitlərin uçotu.Amortizasiya və təmir xərclərinin hesablanması.Təmir xərclərinin qüsur-quraşdırma aktı ilə silinməsi və normadan artıq təmir xərclərinin kapitallaşdırılmasının kontrola alınması
  • İnternet-banking vasitəsilə bütün bank əməliyyatlarının 1C proqramında işlənilməsinin kontrolu anbarına nəzarət
  • E-taxes,E -New-taxes,Emas,E-gov,E-customs.az portallarından istifadə
  • Tikinti layihələri üzrə material və s. xərclərin texniki hesabat və F2-lər üzrə silinməsinin kontrolu
  • ƏDV,ÖMV,Sadələşmiş,Torpaq,Əmlak vergi bəyannamələrinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanması və vaxtında aidiyyəti quruma göndərilməsinin kontrolu.
  • Eyni zamanda Mənfəət və Gəlir vergisi bəyannamələrinin hazırlanmasınin kontrolu
  • E-qaimə fakturaların yazılmasın kontrolu ,qəbulu və yoxlanılması,1C proqramına işlənilməsinin kontrolu
  • Kassa əməliyyatlarının həyata keçirilməsinin kontrolu ,qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinin kontrolu
  • Direktorun tələb etdiyi operativ məlumat və hesabatların hazırlanmasınin kontrolu
  • Yuxarıda sadalanan bütün mühasibatlıq əməliyyatlarının müvafiq sənəd proseduru və kargüzarlığının icrasınin kontrolu

İş barədə məlumat:

  • İqtisadiyyat, mühasibatlıq və ya maliyyə üzrə ali təhsil
  • Mühasibatlığa dair cari qanunvericilik (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) aktlarına dair bilik
  • Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi
  • Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi
  • Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi
  • 1C 8.3 kompleks proqramlaşdırma tətbiqi
  • Balansın çıxarılması üzrə biliklərə sahib olmalı
  • İş qrafiki: 10:00-dan - 19:00-dək, şənbə 10:00-dan - 15:00-dək ( 6 günlük iş günü)

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göndərmələri xahiş olunur