Kreditlərin anderaytinqi və monitorinqi şöbəsinin aparıcı/baş mütəxəssisi

  • Premium Bank
  • Elanın qoyulma tarixi: 24.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Kredit (istehlak, biznes), qarantiya və digər sənədli  əməliyyatlar üzrə kreditləşmə sənədlərinin, şərtlərə uyğunluğun yoxlanılması; 
  • Borcalanların ödəmə qabiliyyətinin (maliyyə vəziyyətinin) qiymətləndirilməsi, kredit tarixçəsinin təhlil edilməsi;
  • Borcalanın, kontragentin və emitentin maliyyə göstəriciləri, borc yükü və likvidliyinin  təhlili;
  • Borcalanın öhdəlik üzrə əsas məbləğ və faiz borcları ilə bağlı ödəmə davranışının izlənilməsi;
  • Mövcud olduqda borcalanın kredit reytinqi, habelə qiymətli kağızlarının bazar qiymətinin izlənilməsi;
  • Kredit tələbinin təyinatı üzrə istifadə edilməsinin yoxlanılması;
  • Bankın qeyri-işlək kreditlərinin idarə edilməsinin  səmərəliliyinin monitorinqi;
  • Restrukturizasiya tədbirlərinin monitorinq vasitəsilə qiymətləndirilməsi;
  • Tәnzimlәyici orqanların normativ aktlarının vә Bankın kreditlərin verilməsi ilə bağlı daxili sәnәdlәrinin tәlәblәrinә uyğunluğun yoxlanılması;
  • Aktivlərin təsnifləşdirilməsinin qiymətləndirilməsi;
  • Müxtəlif biznes sahələrindən və bazardakı vəziyyətdən xəbərdar olma və hər hansı mənfi təsir göstərə biləcək amillər barədə rəhbərliyə məlumat vermək;
  • Sahə üzrə limitlər üzrə monitorinqlərin aparılması, hesabat sisteminin yaradılması;
  • Aparılmış monitorinq üzrə aktların tərtib olunması;
  • Müvafiq dövrdə yuxarıda qeyd olunan sahələrdə iş prosesi zamanı yerində monitorinqlərin aparılması;

Namizədə dair tələblər:

  • İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır(arzuolunandır); 
  • Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi olmalıdır;
  • Azərbaycan (zəruri), Rus və ya İngilis dili (arzuolunandır).

İş şəraiti:

  • AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə 
  • İş saatı 09:00-dan 18:00-dək 
  • İstirahət günləri: şənbə və bazar günləri
  • Əmək haqqı: ştat üzrə vəzifəyə uyğun ödəniləcəkdir

Qeyd olunan vakansiya üzrə tələblərə uyğun gələn şəxslər öz CV-lərini elektron ünvanına 23.02.2024-cü il  tarixinədək göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Kredıtlərin anderaytinqi və monitorinqi şöbəsinin aparıcı/baş mütəxəssisi şəklində göstərilməsi xahiş olunur.