Laborant

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 24.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Yaş həddi 25-45 (Bəy namizədlərə üstünlük verilir);
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;
  • Labarotariyaya təhkim edilmiş minik avtomobilini idarə etmək üçün sürücülük vəsiqəsi (“B” kateqoriya) olması arzuolunandır; 

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyada aparılan müntəzəm test və analizlərə aid nümunələri kimyəvi və fiziki analizlər üçün hazırlamaq;
  • Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Xammal (əhəng daşı, gips, klinker, qum), köməkçi maddə, qatqı maddələri üçün keyfiyyət planlarında göstərilən kimyəvi analizləri aparmaq və qeydlər götürmək;
  • Zavod daxilindən və ya xaricindən gələn nümunələrdə istənilən kimyəvi, fiziki analizləri aparmaq və qeydə almaq;
  • Analiz nəticələrini müvafiq qeyd yerlərinə sağlam bir şəkildə qeyd etmək, nəticələr barədə hesabat vermək və rəhbərinə bildirmək və qeydlərin mühafizə və gizliliyini təmin etmək;
  • Kimyəvi təhlillərdə istifadə edilən bütün məhlulları standardlara uyğun hazırlamaq, faktor təsbiti aparmaq və məhlulları təzə və hər zaman istifadəyə hazır olmasını təmin etmək;
  • Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları sınaqlara hazırlamaq;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Laborant ” yazaraq e-mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi