Bölgə Müdiri

İşin təsviri

Ümumi tələblər:

  • Yaş həddi: 25-40
  • Müvafiq satış sahəsində ən az 3 il uğurlu fəaliyyət təcrübəsi
  • Ali təhsil
  • Rus və İngilis dili bilikləri üstünlükdür
  • MS Office program bilikləri (Word, Exel, Power Point, Outlook)
  • Satış bacarığı
  • Məsuliyyətli, punktual, ünsiyyət bacarıqları yüksək, məqsədəyönlü və analitik bacarıqları olan
  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı
  • Stressə dayanıqlı, komanda idarəetmə və problem həll etmə bacarığına malik olan
  • İşgüzar və səliqəli geyim

Vəzifə öhdəlikləri:

  • Rəhbərlik tərəfindən müəyyən edilmiş marketing strategiyasına uyğun olaraq çalışmaları təmin etmək
  • Bölgədə iş strukturunun (ərazi bölgüsü və digər) hazırlanması, tibbi nümayəndələrin plan üzrə çalışmalarının təşkil və təmin edilməsinə nəzarət
  • Gündəlik təyin olunmuş ərazi üzrə, şirkətə aid məhsulların tibb müəssisələrdə və apteklərdə olan həkim və əczaçılara tanıtımının təşkili
  • Tabeliyində olan tibbi nümayəndələrlə görülən işlərin müzakirəsi, təlimatların verilməsi, ikili  ziyarətlər
  • Tibbi nümayəndələrinin satış bacarıqlarının artırılmasını təmin etmək
  • Təqdimat və dəyirmi masaların təşkil edilməsinə dəstəyin təmin edilməsi
  • Mümkün fürsətlərin dəyərləndirilməsi və bu barədə zamanında rəhbərliyin məlumatlandırılmasını təmin etmək
  • Nəzərdə tutulmuş hədəflər üzrə aylıq, rüblük, illik satışları təmin etmək və bu barədə hesabatlar təqdim etmək

İş şəraiti:

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Yemək və yol məsrəfləri şirkət tərəfindən təmin edilir
  • Tibbi sığorta təmin edilir (sınaq müddətini bitirdikdən sonra)
  • Əmək haqqı – 1300-1600 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi